Deflaqrasiya qoruyucuları boru birləşdirilməsi üçün bütün boru sistemlərinin və çənlərin açıq hissələrinin qorunmasını təmin edir, belə ki burada yanar qaz/hava və yaxud buxar/hava qarişığının partlayışı (deflaqrasiyası) baş verə bilər və bu da səs sürəti ilə artar və təzyiq dalğası yaratmaz.
DF DN 341 növ deflaqrasiya qoruyucuları 1,1 bar maksimal işləmə təzyiqi və 60 dərəcə Selsi maksimal işləmə temperaturu şəraitində partlama gücünə malik olan və IIA partlama qrupuna aid olan (normal ara məsafə 0,9 millimetrdən yuxarı) buxar/hava və yaxud qaz/hava qarişığının deflaqrasiyası nəticəsində ortaya çıxacaq alovlanmanın qarşısını almalıdır, bu halda müdafiədən kənar L boru kəmərinin mümkün ola biləcək alovlanma mənbəyi və qoruyucu arasındakı diametri 50-dən artıq olmamalıdır (uzunluq < 50 x diametr). Birləşdirilən boru kəmərlərinin nominal ölçüsü deflaqrasiya qoruyucusunun birləşdirici nominal ölçüsündən böyük olmamalıdır. Qoruyucunun təsir forması iki istiqamətlidir və hər iki tərəfdə eyni forma təşkil edir.
Qoruyucu alümindən hazırlanmış qılafdan ibarətdir, bir tərəfdə ¾“ yiv və digər tərəfdə 1“ birləşdirici daxili yiv vardir; iki alov kəsicidən ibarət bir qoruyucu paketi vardır və keçid formasında hazırlanmışdır.
Bütün deflaqrasiya qoruyucularının yanında uyğunluq sertifikatı, istifadə və texniki xidmət kitabçası da verilir.
İyul, 2010-cü il